Əsas məzmuna keç

Qəzəl

Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir

Şah İsmayıl Xətai

1

Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir, Ta olasan afəti-dövri-zaman üç gündə bir.

Mən səni çoxdan sevirdim, bilməmişsən, ey pəri, Öldürər aşiqini, verməz aman üç gündə bir.

Çar əbru dilbəri sevdim, qərəz qucmaq degil, Mərhəba etsin bizimlə tək haman üç gündə bir.

İki cahan hörmətiçün sufi gəlsin can ilə, İçəlim lə’li-şərabi-ərğəvan üç gündə bir.

Ey günəş yüzlü, yüzün göstər Xətayi bəndənə, Nur ilə dolsun zəminü asiman üç gündə bir.

Lüğət: Xətt – yanaq, yazı; Afət – bəla, gözəl; Çar – dörd; Əbru – qaş; Sufi – səqərlat – sufilərin geydiyi yun paltar

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.