Gəl nigarım bu gecə həmrazü həmağuş olaq
Gəl nigarım bu gecə həmrazü həmağuş olaq, Vəsl camın nuş edək, hər ikimiz sərxoş olaq.
Mən sənin, sən də mənim sal boynuma qollarını, Bağrıma can tək basım canan səni pürcuş olaq.
Örtməsin diba libasın ağ gümüş əndamını, Eşq əsrarın açıb faş eyləyək, sirpuş olaq.
Tök üzə çətrin, məni bağla kəməndi-zülfüvə, Ahu tək səyyadi-eşqə sən də, mən də tuş olaq.
Canfəza çəm-xəmlərünlə şivə ver al canımı, Dilbərim bir-birmizə bir cam-mey tək nuş olaq.
Ruh versin gül yanaqlardan öpüşlər, busələr, Ta qoyaq dodaq-dodağa həzzidən bihuş olaq.
Şəm tək şölə çəkib ta sübh olunca keyf edək, Yandıraq pərvanəni sonra sönüb xamuş olaq.
Ayrılıq zəhrin içib olduq Şəfai təlxkam, İndi vəslün şirin şərbətlərindən xoş olaq.