Əsas məzmuna keç

Qəzəl

Gəl könül, pir istəyəli bu qədim ərkan ilə

Şah İsmayıl Xətai

1

Gəl könül, pir istəyəli bu qədim ərkan ilə, Gerçək oldur həq yoluna varə başü can ilə.

Canı tərkin qılmayan cananə vasil olmadı, Qul gərək kim, məhrəm ola həzrəti-sultan ilə.

Qəhrinə şükr eyləgil kim, həq sana rəhm eyləyə, Həmqərin olmuş əzəldən küfrü din iman ilə.

Öldürən sən, dirildən sən, saxlayan sənsən, həkim, Yox imiş bir səndən özgə ayəti-Qur’an ilə.

Bu Xətayi ta əzəldən eşqinə yoldaş idi, Könlünü şad eyləyibdir sən kərəmlü xan ilə.

Lüğət: Pir – qoca; Ərkan – qaydalar, rüknlər; Küfr – inamsızlıq, kafirlik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.