Əsas məzmuna keç

Qəzəl

Gəl ki, dərdi-bidəva dərmanə gəlsün yenlədən

Şah İsmayıl Xətai

1

Gəl ki, dərdi-bidəva dərmanə gəlsün yenlədən, Tən Məsiha ləblərindən canə gəlsün yenlədən.

Zülməti-zülfində kamin tapmadım, hökm eylə kim, Ta sekəndər çeşmeyi-heyvanə gəlsün yenlədən.

Çün rəqib əmrinə taət qılmadı, mərdud qıl, Tuği-lə’nət ta kim, ol şeytanə gəlsün yenlədən.

Eşigin qulluğuna gəlsün səlatinlər qamu, Qul təkəbbür qılmasın, sultanə gəlsün yenlədən.

Etdim: – Ey dilbər, demişdin göstərəm şəm’i-rüxim. Der: – Qəbul etmən anı, pərvanə gəlsün yenlədən.

Xeyli dəmdir kim, Xətayi gözləri qan ağladı, Seyli-xunin bir dəxi ümmanə gəlsün yenlədən.

Lüğət: Tən – bədən; Çeşmeyi – heyvan – dirilik bulağı; Mərdud – rədd edilmiş; Qamu – hamı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.