Əsas məzmuna keç

Qəzəl

Gəl ki, cana, səndən özgə təndə mən can istəmən

Şah İsmayıl Xətai

1

Gəl ki, cana, səndən özgə təndə mən can istəmən, Ta ki, sən varsan mənim yanımda, canan istəmən.

Gər əlac eylər mana aləm təbibi sərbəsər, Şərbəti-lə’lindən özgə dərdə dərman istəmən.

Görəli hüsnin gülünü olmuşam çün əndəlib, Bağçalarda səndən ayru vərdi-xəndan istəmən.

Ta əzəl gündən sənin eşqinə iqrar etmişəm, Səndən özgə yar ilən mən əhdü peyman istəmən.

Eylə sanma kim, Xətayi mehri-ruyin tərk edə, Var ikən dildə xəyalın özgə mehman istəmən.

Lüğət: Sərbəsər – başdan-başa; Hüsn – gözəllik; Əndəlib – bülbül; Vərdi – əhmər – qırmızı gül; Xəndan – gülən; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.