Gəl ki, cana, səndən ayru gözlərim qan ağladı
Gəl ki, cana, səndən ayru gözlərim qan ağladı, Cigərim yandı, tutaşdı, can içün can ağladı.
Firqəti-hicran əlindən şöylə ah etdim bu gün, Gögdəki cümlə məlayik, yerdə insan ağladı.
Kim ki, aşiq olmadı, əhvali-aşiq bilmədi, Dilbərin şirin ləbindən abi-heyvan ağladı.
Atəşi-eşqə düşən pərvanə tək yanmaq gərək, Şöylə kim, tərsa içün ol Şeyx Sən’an ağladı.
Hər zaman zari qılur miskin Xətayi yar içün, Eylə kim, Yusif içün Yə’qubi-Kən’an ağladı.
Lüğət: Firqət – ayrılıq; Abi – həyat – dirilik suyu