Əsas məzmuna keç

Qəzəl

Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam

İmadəddin Nəsimi

1

Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam, Tərk cahanı qılmışam, cismə girib can olmuşam.

Dərdin dərunumda mənim aləmlərə çaxdı məni, Qabil dəlildir, dərdimə həqdir ki, dərman olmuşam.

Dövri-qəmərdə gözlərin bir gəz qıya baxdı mana, Zülmündən ol xunxarənin qan ilə qəltan olmuşam.

Ey bağü gülzarı üzün çün cənnətül-mə’va imiş, Sən rövzəsisən, mən sənin qapında rizvan olmuşam.

Ey Turi-Sina, ərzə qıl həqqin təcəllisin mana, Musa kimi didarına müştaqü heyran olmuşam.

Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcdə qılmışam, İman şəhadət etmişəm, anda müsəlman olmuşam.

Ey sayeyi-rəhman mənə, ey surəti-yəzdan mənə, Dutdum üzüm səndən sənə, çün əhli-iman olmuşam.

Eşqinlə mövc içində mən dişlərinin əksin görüb, Dürdanələrdir gözlərim, lö’löi-mərcan olmuşam.

Könlün Nəsiminin xarab etdisə eşqin, qəm deyil, Mən gizli gənci bulmuşam, şol gəncə viran olmuşam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Giryan – Ağlar; Qəmər – Ay; Gəz – Uzunluq ölçüsü; Dəfə ______________________Milli Kitabxana_______________________; Rizvan – Cənnət; Müştaq – Həvəskar; Yəzdan – Allah; Mövc – Dalğa; Əksi – Nöqsan; Gənc – Xəzinə; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.