Əsas məzmuna keç

Qəzəl

Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq

Məhəmməd Füzuli

1

Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq, Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.

Murad ər səltənətdən kami-dildir, nəfsə tabe’ sən, Nə hasil səltənət adilə qılmaq bəndəfərmanlıq.

Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.

Nə tale’dir bu kim, aləmdə ağaz etmədim bir iş Kim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.

Mənə zülmi-sərih ol kafər eylər, kimsə mən’ etməz, Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?

Lüğət: Ağaz – başlama, ibtida, başlanğc; Sərih – açıq, aydın

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.