Əsas məzmuna keç

Qəzəl

Gəl, ey əgri, məni gör kim cahanın padişahıyam

İmadəddin Nəsimi

1

Gəl, ey əgri, məni gör kim cahanın padişahıyam, Üzümə doğru bax, doğru fələkin şəmsü mahıyam.

Hümayun zilliyəm bişək, cahan sayəmdədir üştə, Mən ol dövlətli sadiqəm, səadətin külahıyam.

Süleymanam mən, ey arif ki, xatəm məndədir, məndə, Mən anın hökmünə təslim, Süleyman mürğü mahıyam.

Neçə qalmışlara yaram, neçələrə həm əğyaram, Nə yerdə istəsən varam, qamu aləm pənahıyam.

Şəriətəm, divanam mən, gah aşkara nihanam mən, Həm ol müddəi də’vası, həm onun mən günahıyam.

Nəsimi, sən demə cüzvi deyilsən mim ilə nun, sin, Vəli oldur deyən daim qamu aləm ilahıyam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Xatəm – Möhür, möhürlü üzük; Son; Mürğ – Quş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.