Əsas məzmuna keç

Qəzəl

Gəl ey dildər, tənimdə can olubsan

Şah İsmayıl Xətai

1

Gəl ey dildər, tənimdə can olubsan, Nə canım, bəlkə həm canan olubsan.

Hədisi-Mustafadır “əkrəmüz-zeyf”, Könül mülkində xoş mehman olubsan.

Əzəldən kövkəbi-rəxşan idin sən, Bu dövranda məhi-taban olubsan.

Könül, ta gül yanağın gördün anın, Oxu kim, bülbüli-xoşxan olubsan.

Xətayi könlün aldın xəndə birlən, Əya gül bərgi, sən xəndan olubsan.

Lüğət: Kövkəb – ulduz; Rəxşan – parlaq; Taban – parlaq; Bərgi – lalə – lalə yarpağı; Xəndan – gülən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.