Əsas məzmuna keç

Qəzəl

Gəl ey dilbər ki, hüsnün aya düşmüş

İmadəddin Nəsimi

1

Gəl ey dilbər ki, hüsnün aya düşmüş, Üzün görmüş günəş sevdaya düşmüş.

Çü zülfün qoxusu afaqı dutdu, Məgər ənbər saçın səhraya düşmüş.

Mən ol zahid sözündən qorxmazam, çün Ki, imruzu qoyub fərdaya düşmüş.

Gözündən fitnə yayılmış cahana, Anınçün bu cahan qovğaya düşmüş.

Nə mövzun nöqtədir şirin dəhanın, Xəbər ver kim, nədən əfvaya düşmüş?

Nə yəğmaçı moğolçindir bu, yarəb, Gözün sevdaları yəğmaya düşmüş.

Nədən düşmüş saçın hindusifət kim, Yanağın laleyi-həmraya düşmüş.

Nəsiminin gözü yarın qəmindən Dolub, hər qətrəsi dəryaya düşmüş.

Lüğət: Sevda – 1. Öd. 2. Məhəbbət; İmruz – Bu gün; Fərda – Sabah; Dəhan – Ağız; Yəğma – Qarət; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.