Gəl, ey dilbər, iki aləmdə cansan
Gəl, ey dilbər, iki aləmdə cansan, Gəl, ey ruhi-rəvanım, sən nə cansan?!
Fələk üstündə heyrandır, mələk mat, Nə dəryasan, nə gövhərsən, nə kansan?
Həyati-Xızr axar daim ləbindən, Anınçün çeşmeyi-abi-rəvansan.
Gözündən fitnə yayıldı cahana, Məgər kim, fitneyi-axırzamansan!
Saçın buyu Xətavü Rumu dutdu, Bu buy ilə məgər ənbərfəşansan?!
Saçından çün bəlirdi küntəkənzən, Bəyan eylə, bəyan, şərhi-bəyansan!
Cahan oldu bu gün hüsnündə mə’mur, Məgər ki, hüsn ilə kişvərsitansan!
Cahanın səhl imiş sudü ziyanı, Ziyansız aşiqə sən biziyansan!
Bəladır qamətin, amma və lakin Bu qədd ilə bəlayi-nagəhansan.
Camalındır bu gün aləmdə, ey can, Əyan oldu cahan, həqdən əyansan.
Dəmadəm hüsnünə heyran olur can, Məgər kim, sən həyati-cavidansan!
______________________Milli Kitabxana_______________________
Cahan yandı bu gün eşqin oduna, Yaxarsan aşiqi, atəşzəbansan!
Səba zülfün tozunu yelə verdi, Məgər kim, sünbüli-ənbərnihansan!
Mana sən nəqlini ərz etmə, vaiz, Anınçün kim, yalançı qissəxansan!
Nəsimi çün səni buldu əzəldən, Həqiqət bildi ki, sən laməkansan!
______________________Milli Kitabxana_______________________
Lüğət: Səhl – Çətin; Ziya – Parıltı; Ərz – Yer