Gəl, ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir
Gəl, ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir Ki, qiblə nuri-peyğəmbər, imami nəqdi-heydərdir.
Əli oldur ki, cənnətdə olubdur saqiyi-kövsər, Budur saqi, budur cənnət, şərabı abi-kövsərdir.
Əlində badeyi-gülrəng içər ğazilərin şahi, Nə hacət nəql içün şəkkər, sözün qəndi-mükərrərdir.
Şücaət bu, vilayət bu, mürüvvət bu, kəramət bu, Əlini görmiyən hazir Yəzidü gəbrü kafərdir.
Hədisi-və’zi-Qur’andan nə buldun, gəl, gəl, ey zahid, Kəlamın ismi Qur’andır, hədis Allahü əkbərdir.
Siratin körpüsin keçdim, əməl mizanini çəkdim, Bu yoldan azanın, billah, məqami nari-məhşərdir.
Xətayilə Xötən mülki şaha fəth oldu Çin belə Ki, məclis nafeyi-müşkin sərasər müşki-ənbərdir.
Əya mehrab edən daşı, həqiqət məzhəbindən kim, Nigarın gözləri, qaşı mana mehrabü mənbərdir.
Behişt istərsən, ey zahid, biya dər məclisi-rindan, Həqin didarı, ey aşiq, nə cənnatə müyəssərdir.
Əgər nazirsən, ey talib, həqi insanda gör, getmə, Mübarək xacəmin vəchi həqin nurində məzhərdir.
Xətayinin degil həqqi şaha qulam deyə bilməg, Əgər xidmət qəbul olsa, anın mövlası Qənbərdir.
Lüğət: Nuri – rəhman – ilahi nur; Abi – həyat – dirilik suyu; Badeyi – həmra – qırmızı şərab; Mükərrər – dəfələrlə; Mürüvvət – mərdlik, insanlıq; Nari – səqər – cəhənnəm odu; Çin – düz, doğru, qıvrım; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Nigar – sevgili, bəzəkli; Didar – görüş, üz; Talib – tələb edən, istəyən; Vəch – səbəb, üz; Məzhər – təzahür, yetişmə; Mövla – ağa, yiyə