Gəl alma qəlbimi məndən, nəsibim qəm olar, canan
Gəl alma qəlbimi məndən, nəsibim qəm olar, canan! Zəifdirsə vücudum, bil, ağırdır möhnətim dağdan.
Gözəllikdə sənə Yusif bərabərlik edə bilməz, Başı ərşə dəyər, olsa qulamın gər məhi-Kənan.
Ağırdır dərdim, ey canan, eşitsən tab qılmazsan, Əgər şərhi-qəm etsəm, bil, qopar qəlbində min tufan.
Yetər qeydi-bəladə saxladın, kəs başımı qurtar, Nolar ki, mən kimi aşiq edərsə can sənə qurban.
Cəlalın olsa da, Cəmşid tək məsti-qürur olma, Hübabi-mey kimi bir ləhzədə məhv eyləyər dövran.
Gəl aşma həddini ta kim, xuraman olduğun yerdə, Ayağın torpağı gər olsa da, fəxr eyləsin dövran.
Füzuli, ahü əfğanınla sən xəlqi çox incitdin, Ədəm mülkündə yer tut, xəlq dincəlsin fəğanından.