Əsas məzmuna keç

Qəzəl

Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər

Seyid Əzim Şirvani

1

Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər, Salır bir fitnə, canım, qorxuram axırda qan eylər.

Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan, Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər.

Edərlər xubrulər qəsdi-can könlüm fəğanından, Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər.

Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindir O bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər.

Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən, Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər.

Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid, Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.