Əsas məzmuna keç

Qəzəl

Gecələr ta halimə gərdun təmaşa etmədi

Məhəmməd Füzuli

1

Gecələr ta halimə gərdun təmaşa etmədi, Tərk edib bidadını, bir mehr peyda etmədi.

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin, Ey deyən Musa əsası qət’i-dərya etmədi.

Hər dəmindən min Məsiha zindeyi-cavid olur, Sən edən izhari-e’cazi Məsiha etmədi.

Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil, Keçdi tovfi-Kə’bədən, uçmağə pərva etmədi.

Hiç abid anmadı lə’lin ki, gözdən qan töküb, Səcdədən durduqca, təğyiri-müsəlla etmədi.

Zə’fi-tale’ kəsdi dünyadən nəsibin zahidin, Yoxsa öz rə’yilə zahid tərki-dünya etmədi.

Etmədi eldən nihan bir gecə tovfi-kuyini Kim, Füzulini sədayi-nalə rüsva etmədi.

Lüğət: Gərd – toz; Navək – ox; Cavid – əbədi, daimi, həmişəlik; Aşiyan – yuva, sığınacaq yeri; Təğyir – döndərmək, dəyişmək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.