Gecə xatırlamayır dərdimi bəzmində nədən
Gecə xatırlamayır dərdimi bəzmində nədən, Necə xəlvətdi o yer, gəlməyirəm xatirə mən.
Gül üzünçün hər iki aləmi tərk etsə könül, Keçə bilməz o iki silsileyi-zülfündən.
Məni bir məclisə çəkməz qəmə aludə könül, Orda dildən-dilə sən düşməsən, ey qönçədəhən.
Kim könül versə güləndamlı bu gülçöhrələrə, Eyləməz sərv ilə gül görmək üçün seyri-çəmən.
Yetməyib kamə bu aləmdə bütün aşiqlər, Kamə yetmək belə məclisdə deyil müstəhsən.
Gərək aşiq olan, əlbəttə, çəkə cövrü cəfa Ki, tapa ləzzəti-ruhanini aləmdə bədən.
Bircə an varmı, Füzuli, bu cahan mülkündə Möhnəti-dərdi-qəmin çəkməyə, ey simintən!