Əsas məzmuna keç

Qəzəl

Gecə keçdi, könül ol məhliqa gəlsəydi, gəlmişdi

Məhəmmədəli Şəfai

5

Gecə keçdi, könül ol məhliqa gəlsəydi, gəlmişdi, Gözün tikmə gözüm, göz çək daha, gəlsəydi, gəlmişdi.

Deyib söz vermiş idi, gözlə kim yarı gecə gəlləm, Budur indi açır sübhü səba, gəlsəydi, gəlmişdi.

Nə gəldi başına kim gəlmədi ol nazlı dildarım, Yəqin ki, var bu işdə bir qəza, gəlsəydi, gəlmişdi.

Yadından çıxdımı, yaki gedib yadlara yar oldu, Nədir, yarəb mənə bunca cəfa, gəlsəydi, gəlmişdi.

Yatıb bəxtim kimi bəlkə oyanmaz xabi-nazından, Və yaxud əhdinə etməz vəfa, gəlsəydi, gəlmişdi.

Gözümdə qanlı yaş badi-səbadən sordum əhvalı, Dedi: bu vəqtədək ey binəva, gəlsəydi, gəlmişdi.

Açılma ey səhər, kəsmə ümidim, intizarım var, Gecəm bundan da qoy olsun qara, gəlsəydi, gəlmişdi.

Şəfai, dərdi-hicranə fəqət bir səbrdir dərman, Ona aləmdə bir özgə dəva, gəlsəydi, gəlmişdi.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.