Əsas məzmuna keç

Qəzəl

Gecə-gündüz istəkim dildar yarım bulmuşam

Şah İsmayıl Xətai

1

Gecə-gündüz istəkim dildar yarım bulmuşam, Canü dil qurtuldu ğəmdən, ğəmgüsarım bulmuşam.

Gögdə istərdim mən ol mahimni, buldum yerdə uş, Həmdulillah kim, könüldə intizarım bulmuşam.

Heç qərarım yox idi, səbrim tükənmişdi, vəli Bər qərarəm kim, ənisi-ruzigarım bulmuşam.

Bəxtvarəm bəxt əlindən, şadmanəm, dil fərəh, Çünki mən canü könüldən ixtiyarım bulmuşam.

Var ikən könlüm açıldı, sərbüləndəm, nişə kim, Sərv boylu, qönçə ləbli gül’üzarım bulmuşam.

Zülməti-hicran yenə firuz boldu, getdi ğəm, Taleyim bürcündə mahi-tabdarım bulmuşam.

Ey Xətayi, şükr qıl həq verdüginə ruzü şəb, Sün’i-sane, qüdrəti-pərvərdigarım bulmuşam.

Lüğət: Dil – ürək; Vəli – ancaq, lakin; Üzar – yanaq; Şəb – gecə; Pərvərdigar – yaradan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.