Əsas məzmuna keç

Qəzəl

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda

Seyid Əzim Şirvani

2

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda – Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım, Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirən abi-bəqayə yetəcək xəstə könül Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.

Nola ləlin görübən zövq ilə xəndan olsam, Rəsmdir şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Gecə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn. Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.

Seyyidi-zar görüb vəslüvi bidar olmuş, Bir gədadır ki, görüb özünü sultan yuxuda.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.