Əsas məzmuna keç

Qəzəl

Gah gözdə, gəh könüldə xədəngin məkan tutar

Məhəmməd Füzuli

1

Gah gözdə, gəh könüldə xədəngin məkan tutar, Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.

Dil çəksə, nola, canü təni xaki-kuyinə, Xarü xəs iltər onda ki, quş aşiyan tutar.

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs, Onun kimi ki, oxuyub əfsun ilan tutar.

Dil tutdu qönçə ilə bərabər dəhanını, Bu əqli-naqis ilə özün xurdədan tutar.

Xurşid xirməninə ura şö’lə-şö’lə od, Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.

Can eylədikdə meyli-təmaşayi-qamətin, Göz rövzənin sirişki-rəvanım rəvan tutar.

Tutmaq dilər qapında Füzuli məqam, leyk Bu sirri kimsəyə aça bilməz, nihan tutar.

Lüğət: Xədəng – ox; Aşiyan – yuva, sığınacaq yeri; Rövzən – pəncərə, baca; Sirişk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.