Əsas məzmuna keç

Qəzəl

Firqətin çəkdim, nigara, vəsli-rüxsarın gərək

Şah İsmayıl Xətai

1

Firqətin çəkdim, nigara, vəsli-rüxsarın gərək Xəstəhaləm, dilbəra, lə’li-şəkərbarın gərək.

Baxmanam gül yüzinə hüsnin var ikən, ey pəri, Neylərəm mən nərgisi, ol çeşmi-bimarın gərək.

Bəhri-çeşmim ağlamaqdan əbr tək baran tökər, Bu pərişan könlümə ləfzi-göhərbarın gərək.

Mürği-baği-eşqsən, əbsəm oturma, can quşu, Dilbərin kuyində daim naleyi-zarın gərək.

Ey Xətayi, gülşənə var, xaki-payin gör anın, Gər sana ol ahu gözlü, müşkbu yarın gərək.

Lüğət: Firqət – ayrılıq; Nigar – sevgili, bəzəkli; Vəsl – qovuşmaq; Hüsn – gözəllik; Çeşmi – giryan – ağlar göz; Bimar – xəstə; Bəhr – dəniz; Əbr – bulud; Baran – yağış; Mürği – hərim – məhrəm quşu; Əbsəm – lal, danışmamaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.