Əsas məzmuna keç

Qəzəl

Firqətin çəkdim, nigara, şimdi yar olmazmısan?

Şah İsmayıl Xətai

1

Firqətin çəkdim, nigara, şimdi yar olmazmısan? İxtiyarım getdi əldən, ixtiyar olmazmısan?

İntizarım həddən ötdü, hicr ilə oldum həlak, Ğəmli könlüm halına bir ğəmgüsar olmazmısan?

Düşməni-dəmsərd əlindən bülbüli-can oldu lal, Vəqtidir gül çöhrən açub novbahar olmazmısan?

Munca möhnət çəkdin, ey dil, zülməti-hicran ilə, Ol məhin vəslinə yetdin, bəxtiyar olmazmısan?

Gər günahın çox isə miskin Xətayi, ğəm yemə, Rəhmətinə xaliqin ümmidvar olmazmısan?

Lüğət: Firqət – ayrılıq; Nigar – sevgili, bəzəkli; Hicr – ayrılıq; Dil – ürək; Məhin – böyük, gözəl

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.