Fəryad mənim müşkül olan karımı açmaz
Fəryad mənim müşkül olan karımı açmaz, Ah eyləməyim dərdi-dili-zarımı açmaz.
Qəlbimdə düyünlər necə talelə açılsın, Gər şanə onun türreyi-tərrarını açmaz.
Dövlət qapısın qarşıma iqbal aça bilməz, Ta bad niqabı-rüxi-dildarımı açmaz.
Asudəlik olmaz da bu mənzildə, əgər bəxt Kuyində mənim möhnətü qəm barımı açmaz.
Var məndə üzün həsrəti, şövqi-səri-kuyin, Yüz seyri-çəmən bu dili-qəmxarımı açmaz.
Dəfn eyləməyin siz məni qəlbimlə bərabər, Qan mövcü demə qəbri-şərərbarımı açmaz.
Həsrət tikanı verməyəcək bar, Füzuli, Göz yaşım əgər qönçəvü gülzarımı açmaz.