Əsas məzmuna keç

Qəzəl

Fəriştətələtü məhruyi-xoşliqa, getmə!

Xurşidbanu Natəvan

1

Fəriştətələtü məhruyi-xoşliqa, getmə! Cəmalı qəlbimə daim verən ziya, getmə!

Məsih tək, nəfəsi mürdəni edən ehya, Dəhəni içrə olan çeşmeyi-bəqa, getmə!

Əsiri-danə olub, dami-zülfə düşdü könül, O növ silsilədən kim edər rəha, getmə!

Mərizi-eşq olana neyləsin təbibi-zaman? Səvayi-şəhdi-ləbin yoxdu bir dəva, getmə!

Kəmali-şövqlə qoy eyləyim Xəlilasa, O xaki-məqdəminə canımı fəda, getmə.

Əgər fəraqini görsəm, görən gözüm çıxsın, Gözümdə xaki-rəhin eyni-tutiya, getmə!

Təvafi-kuydə səyim necə olur hasil? Ona ki, zikri-ləbin verməsə səfa, getmə!

Xəzinə gövhəri tək olmusan nəhan gözdən, Vücudunu eyləyib məhz kimiya, getmə!

Rəqib tənəsi, hicran qəmi olur müşkül, Bu Natəvanə görüb onları rəva, getmə!

Lüğət: Xoşliqa – xoşsifət, gözəl; Tutiya – tütyə; Təvaf – başına dolanmaq Tirə - qara

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.