Fərhad mənəm kim, belə şirinsüxənim var
Fərhad mənəm kim, belə şirinsüxənim var, Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
Yox məmləkəti-Reydə şəhi-Nasiridinin, Bu gövhəri-nayab ki, Şirvanda mənim var.
Bəhreynə dönüb yar qəmindən iki çeşmim, Qanlı sədəf içrə necə dürri-Ədənim var.
Ol zülfi-siyah oldu mənim Darsəlamım, Şam içrə, şərif ölkədə ziba vətənim var.
Bəsdir, mənə xaki-qədəmi, xirqeyi-çakım, Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var,
Batin üzümün şahididir hüsni-kəlamım, Əlminnətü-lilləh belə vəchi-həsənim var.
Seyyid, nə gərəkdir mənə ol ləli-Bədəxşan, Yüz lələ dəgən tazə əqiqi-Yəmənim var.