Əsas məzmuna keç

Qəzəl

Fəqrü fənanı bilməz idim kimiya imiş

Seyid Əzim Şirvani

1

Fəqrü fənanı bilməz idim kimiya imiş, Səngi-sitəm şikəstə dilə mumiya imiş.

Mülki-fənavü fəqrdə sultan imiş fəqir, Övci-səriri-izzdə sultan gəda imiş.

Mən zəhr bildigim məni-miskinə nuş imiş, Biganə sandığım mənə xüd aşina imiş.

Ta sayə saldı başıma, yetdim səadətə, Mən cüğdə nisbət eylədigim quş, hüma imiş

Çin söz budur ki, nafeyi-Çindən ziyadədir, Müşki-Xəta o zülfə demək bir xəta imiş.

Könlüm olurdu rəşklə sədçak şanədən, Kəc getmişəm ki, zülfüvə məhrəm səba imiş.

Seyyid düşəndə möhnətə «Nadi-Əli» oxur, Müşkülgüşa cahanda şəhi-Lafəta imiş.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.