Əsas məzmuna keç

Qəzəl

Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana

Məhəmməd Füzuli

1

Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana, Şükr lillah, dövləti-baqi müyəssərdir mana.

Zülfü rüxsari xəyalilə nədir halın, demən1 Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana.

Hurü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim, Həmdəm ol tubaqiyamü hurpeykərdir mana.

Arədən, ey şəm’, çıx bir guşə tut, kim, bu gecə Bəzm bir xurşidtəl’ətdən münəvvərdir mana.

Verdi badi-sübh bir xurşidtəl’ət müjdəsin, Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana.

Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim, Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana.

Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə, Ərseyi-dəşti-cünun səhrayi-məhşərdir mana.

Lüğət: Təxt – rəvan – çiyin üzərində aparılan təxt; Əfsər – tac; Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan; Tuba – cənnətdə bitən ağac; Bəzm – qonaqlıq, kef məclisi; Vəh – aydınlıq, aşkarlıq; Müqərrər – qərarlaşmış, qət edilmiş; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.