Əsas məzmuna keç

Qəzəl

Fələknin gərdişindən dadü fəryad

Şah İsmayıl Xətai

1

Fələknin gərdişindən dadü fəryad. Məni ayırdı səndən dadü fəryad.

Məni yardan ayırdı bu zəmanə, Zəmanə gərdişindən dadü fəryad.

Mənim iki cəhanım sevgili şah, Səni sevmədigindən dadü fəryad.

Yaxam yırtım gedim əğyar əlindən, Bu rəhmi yox dilindən dadü fəryad.

Necə biçarəvü büryan olubdur, Xətayi yar əlindən dadü fəryad.

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.