Fələk rənginə bənzər bu bənövşə
Fələk rənginə bənzər bu bənövşə, Tutub səhraları hərsu, bənövşə!
Neçün gülşənlərin tərkin qılıbsan? Düşübsən çöllərə dilcu, bənövşə!
Belə qəddin bükülmüş, pirlər tək, Deyirsən sübhü şam “yahu”, bənövşə!
Səni şövqü bahar aşüftə qılmış, Çəkər aşiq olan qayğü, bənövşə!
Dilər ətrin könül badi-səbadan, O zülfi-yar tək xoşbu, bənövşə!
Lüğət: Dilcu – qəlboxşayan, ürəksevən; Aşüftə – pərişan B