Əsas məzmuna keç

Qəzəl

Fəğanə gəldi könül dərdini bəyanə görə

Məhəmmədəli Şəfai

4

Fəğanə gəldi könül dərdini bəyanə görə, Məcal olmadı bu əşki-xunfəşanə görə.

Məni cavanlığa məğrur edirdi şövqi-ləbin, Kəmanə döndü qədim, əbruyi-kəmanə görə,

Xiyali-xalilə bağlandı zülfünə könlüm, Düçari-dam olur əlbəttə mürğ danə görə.

Dəli olub demə, Məcnun düşdü səhrayə, Çəkildi xəlqdən ol binəva əmanə görə.

Dedim ki, saxlaram əsrari-eşqini gizlin, Açıldı ah nədim naləvü fəğanə görə,

Nə qəm yetişsə fəraq aləmində səbr eylə, Bəlayi-hicrə düşər hər kəs imtahanə görə.

Şəfai, neyləsə əğyar öz cəzasın alar, Yamanlıq eyləmə bu bivəfa cahanə görə.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.