Fədakarlıqda şəmi-bəzmi-canandan deyildim kəm
Fədakarlıqda şəmi-bəzmi-canandan deyildim kəm, Nədir, aya, günahım kim, sayılmam bəzminə məhrəm?
Məzəmmət etmə, qovma, yer tutarsam asitanında, Məni bir zərrə torpaq bil, təsəvvür etmə sən adəm.
Cəfavü cövrünün yox məndən özgə bir xiridarı, Xəyal et, ölmüşəm, cana, cəfadən əl götür bir dəm.
Yetişdi başə ömrüm, bilmədim günlər necə keçdi, Cahandan qafiləm mən, bəs ki, məsti-şövqi-dildarəm.
Deyirlər: əql edər insanları qəm çəkməyə qabil, Əcəb divanəyəm, ya Rəb ki, əl çəkməz yaxamdan qəm.
Cəfan ilə olar qan gah ciyər, gahi sınıq könlüm, Cəfayə tab yox məndə, əlili-möhnətü dərdəm.
O qıvrım saçların sevdasına düşdüm, budur illət, Füzuli, mən qələm tək olmuşam sərgəşteyi-aləm.