Əsas məzmuna keç

Qəzəl

Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!

Məhəmməd Füzuli

1

Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim! Eylədin mərdümə nəm olduğun izhar mənim.

Dəhənin istərəm, ey eşq, yox et varlığm Ki, yox olmaqda bu gün bir qərəzim var mənim.

Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm, Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim.

Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam, Dudi-ah etdi dünüm tək günümü tar mənim.

Mövc ilə könlümü, ey əşk, qopar yanımdan, Nalə ilə başım ağrıtdı bu bimar mənim.

Çıxmış ol şux bu gün tökməyə qanın görənin, Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.

Ey Füzuli, dərü divarə qəmim yazmaqdan Şahidi-hali-dilimdir dərü divar mənim.

Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Əşk – göz yaşı; Zinhar – saqın, aman; Şahid – gözəl

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.