Əsas məzmuna keç

Qəzəl

Fariğ etdi mehrin özgə məhliqalərdən məni

Məhəmməd Füzuli

1

Fariğ etdi mehrin özgə məhliqalərdən məni, Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni.

Könlüm aldın, göstərib min lütfü minnət canıma, Eylədin müstəğıni özgə dilrübalərdən məni.

Vamiqü Fərhad tək rüsvayə qılmın nsibətim, Bir fəqirəm, sanmanız ol xüdnümalərdən məni.

Işvəvü naz ilə dəf’ etdin qəmü ənduhimi, Sehr ilən biganə etdin aşinalərdən məni.

Qıl təkəllüm, zülfün ənduhini, könlümdən gedir, Bir füsun ilə xilas et, əjdəhalərdən məni.

Qayəti-zöhdü vərə’, zahid, vüsali-hur isə, Vəchi yox mən’ etməgin huriliqalərdən məni.

Hər cəfa etsən, Füzuli tək şikayət qılmazam, Eşq ətvarında sanma bivəfalərdən məni.

Lüğət: Hirz – tilsim, bəladan qorunmaq üçün yazılı dua; möhkəm yer, qala; Füsun – ovsun; Zöhd – zahidlik; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Hur – huri, pəri, gözəllər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.