Əsas məzmuna keç

Qəzəl

Əzəldən ta əbəd heydər gəlübdür

Şah İsmayıl Xətai

1

Əzəldən ta əbəd heydər gəlübdür, Adəm övladinə sərvər gəlübdür.

Əli şiri-xudadır, şahi-mərdan, Məhəmməd həqqə peygəmbər gəlübdür.

Aşiqlər qibləsi yüzündür, ey dust, Qaşın mehrabinə mənbər gəlübdür.

Ki həqdən Zülfüqar oldu Əliyə, Əli qulluğuna Qənbər gəlübdür.

Əli xişm ilə doğradı Vu cəhli, Xəmir tək dəstinə Xeybər gəlübdür.

Ala gözlər mənim imanım aldı, İki zülfin yenə ənbər gəlübdür.

Suyi-heyvan içün zülmat içində Xətayi Xızrü İskəndər gəlübdür.

Lüğət: Xişm – acıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.