Əsas məzmuna keç

Qəzəl

Əzəldən şah bizim sultanımızdır

Şah İsmayıl Xətai

1

Əzəldən şah bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır.

Şaha qurban gətirdik biz bu canı, Şahın sözü bizim imanımızdır.

Həsudə yoxdurur, yalansıya mərg Ki, gerçək söhbəti bürhanımızdır.

Şahı hər deyibən girdik bu yola, Hüseyniyüz, bu gün dövranımızdır.

Biz imam qullariyüz sadiqanə, Şəhidlik, qazilik nişanımızdır.

Yolumuz incədir, incədən-incə Bu yolda baş verək, ərkanımızdır.

Xətayiyəm, məvali, sirri-Heydər, Şahı həq bilmiyən düşmanımızdır.

Lüğət: Məvali – sahiblər, hamilər, dostlar; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.