Əsas məzmuna keç

Qəzəl

Əzəldən eşq ilə divanə gəldim

Şah İsmayıl Xətai

1

Əzəldən eşq ilə divanə gəldim, Yerim meyxanədir, məstanə gəldim.

Hezaran dona girdim mən, dolandım, Bu gün xəsm ilə mən meydanə gəldim.

İmamımdır mənim ol şahi-mərdan, Bu gün nəsli-Əli divanə gəldim.

İmam eşqinə çalaram qılıcı, Münafiq qırmağa mərdanə gəldim.

Mənəm bunda Xətayi Heydər oğlu, Çü İsmail kimi qurbanə gəldim.

Lüğət: Gird – çevrə, dolanma; Xəsm – düşmən; Münafiq – günahkar, düşmən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.