Əsas məzmuna keç

Qəzəl

Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum

Seyid Əzim Şirvani

1

Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum, İçib vəhdət şərabından belə məxmurü məst oldum.

Zibəs ki, yağdı daşlar başıma bu çərxi-minadən, Dürüst ikən pozuldum, sağəri-meytək şikəst oldum.

Təcəllayi-cəmalın məscidü meyxanədə gördüm, Gəhi məsciddə abid, deyrdə gəh bütpərəst oldum.

Əyağ aldım ələ, başıma çəkdim naz ilə sağər, Ayağın sədqəsi, saqi, ki mən bipavü dəst oldum.

Nişimən etmiş ikən qafi-üzlət üzrə ənqatək, Həvayi-daneyi-xalınla damə paybəst oldum.

Ədəm məmurəsində rahət ikən eyni-vəhdətlə, Düşüb eyni-zəvalə aləmi-kəsrətdə həst oldum.

Ziyai-şəmstək düşdüm o kuyi-dilbərə, Seyyid, Yetişdim rütbeyi-ülyayə, fikr etmə ki, pəst oldum.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.