Əsas məzmuna keç

Qəzəl

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar

Məhəmməd Füzuli

1

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar, Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.

Xəvasi-xaki-payin şərhini təhqiq edib mərdüm, Qübarilə bəyazi-dideyi-xunbarə yazmışlar.

Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül, Xəti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar.

Iki sətr eyləyib ol iki meygun lə’llər vəsfin, Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar.

Girib bütxanəyə qılsan təkəllüm, can bulur, şəksiz, Müsəvvirlər nə surət kim, dərü divarə yazmışlar.

Mühərrirlər yazanda hər kəsə aləmdə bir ruzi, Mənə hər gün dili-sədparədən bir parə yazmışlar.

Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd Füzuli adını, gördüm, səri-tumarə yazmışlar.

Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Bəyazi – eyn – gözün ağ; Bab – qapı; fəsil

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.