Əsas məzmuna keç

Qəzəl

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli

Məhəmməd Füzuli

1

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli! Mən kiməm, – aləmdə bir kəmtər qulamın, ya Əli!

Şükr ola Allahə kim, sayə salıbdır başıma, Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!

Müshəfi-həqdə olan hər hikmətin mənasıdır Hikmətin kanı olan hər bir kəlamın, ya Əli!

Kim nicat istər qiyamətdə, gərəkdir saxlaya Taəti-həq tək həmişə ehtiramın, ya Əli!

Cümlə insanlar, mələklər Kəbə, tək məbəd sanar Hər yeri kim, orda olmuşdur məqamın, ya Əli!

Hər kəs istərsə cahanda çərxdən alsın murad, Kamə çatmaz, olmasa lütfi-tamamın, ya Əli!

Lütf süfrəndən sənin hər ləhzədə min feyz alır Bu Füzuli, vird edər həmdü səlamın, ya Əli!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.