Əsas məzmuna keç

Qəzəl

Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur

Şah İsmayıl Xətai

1

Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur, Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.

Meyxanə küncün istə deyir saqiyi-lətif, Öz vəhdətində ol ki, çü Allah imiş ğəfur.

Əfsanə sözlü vaizi görsən, məlamət et, Ta xəlq içində eyləməyə razini zühur.

Bolsun bu malü mülk və gər hiç bolmasun, Neyçün ki, vəsli-yardir ancaq mana zərur.

Səndən Xətayi mehrü vəfa iltimas edər, Yarəb, muradı aşiqi-biçarənin budur.

Lüğət: Dur – uzaq; Dil – ürək; Məlamət – danlaq, qaxınc; Vəsl – qovuşmaq; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.