Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ, Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.
Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil Kim, görüb güllər, könüllər açılan çağıdır bu çağ.
Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül, Sənsənü min tazə gül, hala mənü min tazə dağ.
Bağə sərvim gəldigin bilmiş səhərdən şaxi-gül, Rövşən etmiş rəhgüzari üzrə hər yan min çirağ.
Çəksələr zəncir ilə gülzarə getmən kim, mənə Sünbüli-zülfün fəraqından müşəvvəşdir dimağ.
Mövsimi-güldür, vəli getmən çəmən seyrinə kim, Rövzeyi-kuyin mənə ol seyrdən vermiş fərağ.
Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən, Ey Füzuli, çək ayağ ol bəzmdən, ya çək əyağ1.
Lüğət: Füzun – artıq. G; Müşəvvəş – qarışıq; Bəzm – qonaqlıq, kef məclisi