Eynullahəm, eynullahəm, eynullah
Eynullahəm, eynullahəm, eynullah, Gəl imdi həqqi gör, ey kuri-gümrah.
Mənəm ol faili-mütləq ki derlər, Mənim hökmümdədir xurşid ilə mah.
Vücudim beytül-Allahdır, yəqin bil, Sücudum sanadır şamü səhərgah.
Yəqin bil əhli-iqrarın yanında Yerü gög cümlə həqdir, olma gümrah.
Vilayət bağının bir meyvəsidir, Xaçan üzə ani hər dəsti-kutah?
Dilərsən həqqi həqqə vasil etmək, İrişdi fi məqami li məallah.
Üluqi pak üzə seyran edər ki, Xətayi uğradı bir gəncə nagah.
Lüğət: Gümrah – yoldan azmış; Xurşid – günəş; Mah – ay; Dəst – əl