Əsas məzmuna keç

Qəzəl

Eylər şərab ləli-ləbinlə müdam bəhs

Seyid Əzim Şirvani

1

Eylər şərab ləli-ləbinlə müdam bəhs, Güntək bu rövşən oldu ki, eylər həram bəhs.

Napüxtədir deyən tənüvə simi-xamdır, Sərraflər yanında nə lazım bu xam bəhs.

Əhli-kəlamə sirri-kəlamın açılmadı, Bir nüktə üstə etdilə malakəlam bəhs.

Hərdəm qılıb vücudi-ədəmdən hekayələr, Rəmzi-dəhanın ilə edər xasü am bəhs.

Zülfü rüxün hekayəti yetməz nəhayətə, Gər etsələr səfidü siyəh sübhü şam bəhs.

Mən kuyi-yari, zahid, əgər Kəbədir dedim, Fərz olmadı ki, sən edəsən biməqam bəhs.

Seyyid, o məhdən ötrü çox etmə mübahisə, Naqis qalır zəmanədə, olmaz təmam bəhs.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.