Əsas məzmuna keç

Qəzəl

Eylədim bünyad əvvəl bəndə əz nami-xuda

Şah İsmayıl Xətai

1

Eylədim bünyad əvvəl bəndə əz nami-xuda, Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.

Aciz olma, ey könül, münkir gərəkməz əhli-dil, Həqtəala buyruğudur mur əlində əjdəha.

Eylə sultandır ki, yoxdur mislü həm həmta ona, Buyruğundan kim, onun çıxmaz şəhü mirü gəda.

Kim ki, həqqə münkir oldu, qoy cəzasıdır onun, Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya.

İt rəqiblər tə’nə edərsə, Xətayi, həqqə sal, Olma qəmgin kim, sana qıldığını həqdən tapa.

Lüğət: Bünyad – özül, kök; Münkir – inkar edən, danan; Dil – ürək; Mur – qarışqa; Həmta – bənzər, oxşar

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.