Əsas məzmuna keç

Qəzəl

Eylədi vəsf könül arizi-cananı qələt

Seyid Əzim Şirvani

1

Eylədi vəsf könül arizi-cananı qələt, Oxudu tifl bu məktəbdə «Gülüstan»ı qələt.

Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin, Etdi hər fəsldə dil seyr bu bustanı qələt.

Səfheyi-arizinə katibi-qüdrət o gülün, Biməqam etdi rəqəm ol xəti-reyhanı qələt.

Sandılar kim düri-dəndanına həmtay olur, Saldılar məğlətəyə gövhəri-qəltanı qələt.

Bağdə açdı yüzündən o güli-tazə niqab, Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt.

Qaşların «nuni-qələm», zülfünü «Vəlleyl» dedim, Dedilər kim, oxudun ayeyi-quranı qələt.

«Qab-qovseyn» oxudum əbruyi-yarı, Seyyid, Vay o gündən ki, müfəssir verə mənanı qələt.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.