Əsas məzmuna keç

Qəzəl

Eylədi axır fələk ol gülüzarımdan məni

Seyid Əzim Şirvani

1

Eylədi axır fələk ol gülüzarımdan məni, Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.

Naqeyi-sərgəştətək səhra dolansam, ney əcəb Kim, fələk bidad ilə üzmüş qatarımdan məni.

Hicrdən rəngim saraldı, şükr kim, sərrafi-eşq, İndi tanır bu zəri-kamil-əyarımdan məni.

Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil, Bari gəh-gəh sor dili-biixtiyarımdan məni.

Şəhri-Tiflisin çəlipa bağlayan tərsaləri, Qorxuram kim, ayıra axırda tarımdan məni.

Seyyida, mən ol məhəbbət əhliyəm afaqdə – Kim, tanır əhli-nəzər xaki-məzarımdan məni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.