Əsas məzmuna keç

Qəzəl

Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl

Məhəmməd Füzuli

1

Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl, Səndən, ey can, münqəte’ qılmaz məni illa əcəl.

Necə surət bağılasın könlüm xilasi-eşqdən, Eşqdir bir hal kim, ol halə könlümdür məhəl.

Eşqimə nöqsan gətirməz görməmək ol arizi, Cövhərə təğyiri-asari-ərəz verməz xələl.

Eylədi rüsva könül çaki-giribani-ədəb, Gör nə əhli-elmdir, adab ilən eylər cədəl.

Halimi gördükcə mən’i-əhli-eşq eylər fəqih, Höccəti-məqtui yox, eylər qiyas ilən əməl.

Mədrəsə içrə müdərris verdigi min dərsdən Yeydürür meyxanədə bir cam vermək bir gözəl.

Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən Mətləi-xurşid icad olmadan sübhi-əzəl.

Lüğət: Halə – ayın ətrafında görünən işıqlı dairə; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Təğyir – döndərmək, dəyişmək; Məqtu – kəsilmiş, qət olunmuş; Sübhi – əzəl – ilk sübh

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.