Əsas məzmuna keç

Qəzəl

Əyan gözlə baxan şəxsə nihansan

Seyid Əzim Şirvani

1

Əyan gözlə baxan şəxsə nihansan, Nihan gözlə baxan zatə əyansan.

Desəm pinhansən, hər yan əyansan, Desəm ki, mən əyansən, yox nihansan.

Münəvvər etmisən cümlə cahanı, Məgər sən afitabi-asimansan?

Özün həm rahsən, həm rahzənsən, Özün həm düzdsən, həm pasibansan.

Adındır zərrü nafe, ey nigarım, Gəhi üşşaqə sudü gəh ziyansan.

Səninləndir xəzanım, həm baharım, Vəli sən nə baharü nə xəzansan.

Yelə verdin şəmimi-tari-zülfün, Nəsimi eylədin ənbərfəşan sən.

Sən oldun Seyyidin lütfündə zahir, Əyan oldun ki, sən gənci-nihansan.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.