Əsas məzmuna keç

Qəzəl

Əya, şahi-səidəxtər, üzün ərşi-müəlladır

İmadəddin Nəsimi

1

Əya, şahi-səidəxtər, üzün ərşi-müəlladır, Dodağın çeşməyi-heyvan, ləbin cami-müsəffadır.

Camalın surəti-rəhman, vüsalın cənnəti-rizvan, Kamalın gənci-bipayan, vücudun cani-əşyadır.

Boyundur tuba, ey huri, üzündür aləmin nuri, Camalında görər həqqi anın ki, eyni binadır.

Qəmər dövründə, ey fitnə, sən oldun xublara xatəm, Sənin xalın xəyalından cahan pür-şurü qovğadır.

Qiyamət qopdu hüsnündən məgər axırzaman oldu, Bəlalardan iraq olsun, bu nə qəddü nə baladır.

Bu dünyanın zərü gənci görünməz eynimə, billah, İki aləmdə məqsudum cahanda hüsni-zibadır.

Şəha, lütfi-kərəm eylə Nəsimiyə zəkatından, Qəribü aşiqi-şeyda, əsirü zarü tənhadır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Səidəxtər – Xoş taleli; Müəlla – Yüksək, uca; Çeşməyi – heyvan – Dirilik bulağı; Cami – müsəffa – Saf şərab; Rizvan – Cənnət; Gənc – Xəzinə; Bina – Gözlü; Qəmər – Ay; Xatəm – Möhür, möhürlü üzük; Son; Bala – Hündür, uca; Ziba – Gözəl

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.